ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Uşaqların oyunlara marağı onların gündəlik həyatında böyük xüsu bir rol oynayırr.
Bəzən valideynlər və müəllimlər üçün onların diqqətini digər fəaliyyətlərə yönəltmək zərurəti yaranır.
Bu səbəbdən uşaqları oyundan yayındırmaq üçün doğru üsulların seçilməsi vacibdir.
Gununsesi.info-ya danışan psixoloq Sevinc Həbibova qeyd edib ki, uşaqları oyundan yayındıran vaxt onların emosional ehtiyaclarını nəzərə almaq çox önəmlidir.
“Uşaqlar oyunda öyrənir, yaradır və sosial bacarıqlarını inkişaf etdirir, buna görə onları birdən-birə dayandırmaq gərginliyə səbəb ola bilər. Ən səmərəli üsul uşağın diqqətini oyunla əlaqəli, lakin fərqli fəaliyyətə yönəltməkdir. Məsələn, rəngləmə, qurğu toplama və ya qısa idman məşqləri uşağın enerjisini boşaldaraq diqqətini dəyişdirə bilər”.
Psixoloq onu da qeyd edib ki, uşaqlara seçim imkanı vermək tövsiyə edilir.
“Diqqətin tədricən başqa fəaliyyətə yönəldilməsi daha az müqavimət yaradır və uşağın motivasiyasını qoruyur. Səs tonu və ünsiyyət də mühüm rol oynayır, sakit və maraqlı üslub uşağın daha asan yönəlməsini təmin edir. Həmçinin, valideynlər və müəllimlər müsbət möhkəmləndirmə üsullarından istifadə etməlidirlər. Belə yanaşma həm emosional gərginliyi azaldır, həm də uşağın inkişafını dəstəkləyir”.
Firuzə
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.