AZ

Valideynlərdən pul tələb edir, verməyəndə uşaq döyülür Bağça direktorundan ŞİKAYƏT

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı şəhəri Maştağa qəsəbəsinin Savalan yaşayış massivində 349 nömrəli körpələr evi-uşaq bağçasının direktoru Aytən Bektaşın rüşvət aldığı iddia edilib.

Bu barədə Oxu.Az-a sözügedən uşaq bağçasında qeydə alınan videogörüntülər daxil olub.

Şikayətçi bildirib ki, bağçanın direktoru Aytən Bektaş müəllimləri valideynlərdən pul almağa təhrik edir:

"Direktor dövlət bağçası olmasına baxmayaraq valideynlərdən pul tələb edir. Hansı valideyn pul vermirsə, uşağa fiziki şiddət göstərilir, çimdiklənir. Uşağın bədənində çimdik izləri, dodağı, burnu yara olur. Rəhbərlik isə yalandan uşaq yıxılıb deyir. Pul verən valideynlərin övladlarına isə heç nə edilmir".

Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən bağçanın fəaliyyətinə dair yayılmış görüntülərlə bağlı araşdırma aparılacaq:

"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir. Məktəbəqədər təhsil müəssisəslərində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır".

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
2
oxu.az

3Mənbələr