Türkiyə mediasının məlumatına görə, sabiq İstanbul meri Əkrəm İmamoğlu, onun yaxın əməkdaşı Nəcati Özkan və jurnalist Merdan Yanardağ barəsində casusluq ittihamı ilə istintaq başlanıb.
KONKRET.az xəbər verir ki, hadisənin detalları hələ açıqlanmasa da, istintaq orqanlarının bu üç şəxsə qarşı “dövlət məxfiliyinin pozulması və xarici qüvvələrə məlumat ötürülməsi” ilə bağlı iddiaları araşdırdığı bildirilir.
Rəsmi Ankara və İmamoğlunun komandası məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az