İsrail ordusu Livanın Nəbatiyə bölgəsinə endirdiyi zərbədə Hizbullahın cənub cinahı qərargahının logistika üzrə komandiri Abbas Həsən Kərki ölüb.
APA xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, sözügedən şəxs Hizbullahın döyüş qabiliyyətinin bərpası prosesinə rəhbərlik edənlərdən biri olub.
O həm də, Livanın cənubuna silah daşınması və saxlanmasına nəzarət edib.
İsrail ordusu Hizbullahın fəaliyyətlərinin İsrail və Livan arasında əldə olunan anlaşmalara zidd olduğunu bildirib.
***
14:09
İsrailin Livanda avtomobilə dron hücumu nəticəsində Hizbullah üzvü öldürülüb.
APA xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.
***
13:45
İsrailin pilotsuz təyyarəsi Livanın cənubundakı Tul rayonunda avtomobilə zərbə endirib.
APA xəbər verir ki, bu barədə Livan mənbələri məlumat yayıb.
Hücum nəticəsində bir nəfər ölüb.
İsrail tərəfi hadisəni hələ rəsmi olaraq şərh etməyib.