AZ

Ukraynada kişi qatarda qumbara partladıb: Ölənlər və yaralananlar var

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Ukraynanın Jitomir vilayətinin Ovruç şəhərində bir kişi saxlanılarkən qumbara partladıb. Partlayış nəticəsində ölənlər və yaralananlar var.

Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir.

Məlumata görə, faciə şəhərətrafı qatarda baş verib. Polis partlayış barədə məlumatı təsdiqləyib.

"Hadisə yerində əməliyyat-istintaq qrupları işləyir. Hadisənin bütün halları müəyyən edilir", - deyə Jitomir vilayəti üzrə Milli Polis Baş İdarəsinin mətbuat katibi İvanna Siletskaya bildirib.

"Real Jitomir" nəşrinin məlumatına görə, qatarda partlayış törədən şəxs axtarışda olub. O, sənədlərinin yoxlanılmasını istədikləri zaman qumbaranı atıb.

Jurnalistlər beş nəfərin öldüyünü və iki nəfərin yaralandığını bildirirlər, lakin polis hələlik bu məlumatı şərh etməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
1
oxu.az

2Mənbələr