
Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev danışıqlar aparmaq üçün ABŞ-yə gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.
“Kirill Dmitriyevin Tramp administrasiyasının nümayəndələri ilə görüşü gözlənilir”, - telekanal xəbər verir.
Telekanalın məlumatına görə, ABŞ-Rusiya münasibətləri ilə bağlı müzakirələrin davam etdirilməsi planlaşdırılır.