ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Dünya kinosunun incisi sayılan "Xaç atası" filminin rejissoru Frensis Ford Koppola şəxsi kolleksiyasından əşyalarının hərracını təşkil edir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı NTV telekanalı yayıb.
Bildirilir ki, rejissor "Meqapolis" adlı sonuncu filminin uğursuzluğundan sonra düşdüyü ziyanı aradan qaldırmaq üçün əşyalarını hərraca çıxarır. Rejissor bu filmi başqa studiyalarla əməkdaşlıqdan imtina edərək öz vəsaiti hesabına çəkib. Nəticədə çəkilişlərinə 120 milyon dollar xərclənən film ona cəmi 14.3 milyon dollar qazandırıb.
Satışa çıxarılan əşyalar arasında qiyməti təqribən bir milyon dollar civarında olan "F. P. Journe" saatı da var. Jurnalın yazdığına görə, Koppolanın Fransua-Pol Jurn ilə birgə hazırladığı bu saat unikal artefakt hesab edilir. Model qara titandan insan əlinin açılan barmaqları formasında əqrəblə təchiz olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.