AZ

Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində TürkiyəRespublikasının əmək və sosial müdafiə nazirinin müavini AhmetAydının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyindən məlumat verilib.

Nümayəndə heyəti Nazirliyin tabeliyində DOST Agentliyinin təşkiletdiyi “SocGov 2025: Süni intellekt - insan və transformasiya üçün”adlı beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdəsəfərdədir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzərbaycanPrezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğanın səyləri ilə iki ölkə arasında münasibətlərin daim inkişafedərək müttəfiqlik səviyyəsinə yüksəldiyini, sosial sahədə dəuğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Bu ilin sentyabr ayında Azərbaycanın Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyiarasında Birgə Daimi Komissiyanın Ankara şəhərində keçirilmiş 12-ciiclasının iki qurum arasında əlaqələrin daha da genişlənməsinəşərait yaratdığı bildirilib. Ölkəmizdə son illər aparılan sosialislahatların uğurları, DOST konsepsiyası, sosial sahədə rəqəmsalhəllərin geniş tətbiqi işləri qeyd edilib.

Ahmet Aydın ikitərəfli əməkdaşlığın daim inkişaf etməkdəolmasından məmnunluğunu ifadə edib, əlaqələrin genişlənməsi üçünsəylərin qarşıdakı dövrdə də davam etdiriləcəyini bildirib. Görüşdəiki qurum arasında gələcək əməkdaşlıq, “SocGov 2025: Süni intellekt- insan və transformasiya üçün” adlı beynəlxalq konfransınəhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyənin
Türkiyənin
Seçilən
55
6
az.trend.az

7Mənbələr