Bakı. Trend:
31 oktyabr – 2 noyabr tarixlərində Bakıda “Bakıya uçuş.İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (“Fly to Baku. Art Weekend.Sense the Future NOW”) adlı möhtəşəm incəsənət festivalıkeçiriləcək. Festival incəsənəti, mədəniyyəti və ekologiyanı biraraya gətirəcək.
Trend xəbərverir ki, layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinintəşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı iləgerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər ƏliyevFondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi LeylaƏliyevadır.
Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq vəkəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqətokeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dilivasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın,yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su –davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi “ArtWeekend”in əsas elementi seçilib.
Tədbirlərdən biri Bakının qədim hissəsi olan İçərişəhərdə,Şirvanşahlar Sarayında keçiriləcək. Burada rəssam VüsaləAğarazıyevanın müəllif sərgisi – “Şeh. Olmayan səhər” (“The MorningThat Never Was”) nümayiş etdiriləcək. Sərginin kuratoru NigarRzayevadır.
Şərq fəlsəfəsində şeh – indiki zamanı təbii şəkildə, hər hansıtəzyiqsiz gəlişinin rəmzidir. O, yaranır, sonra yox olur və yenidənyaranır. Tez-tez ilahi nəfəsin təcəssümü kimi qəbul edilir. Mənbəözünü birbaşa göstərməsə də, varlığını hiss etdirir, eləcə də şehyalnız kifayət qədər erkən oyananlara görünür. Şeh həm sözünhəqiqi, həm də məcazi mənasında oyanışı ifadə edir.
Bu fəlsəfədən ilham alan rəssamın sərgisi, şehi gecənin izi,gecə ilə gündüz, yaddaşla varlıq arasındakı keçid kimi araşdırır.Su burada ilkin başlanğıcın, hərəkətin və əksin metaforasıdır.
“ “Şeh. Olmayan səhər” adı bir qədər natamamlıq saxlayır, çünkişeh elə səhərin hələ tam açılmadığı, dünyanın bu günün necəolacağına hələ qərar vermədiyi vaxt gəlir. Layihə birbaşaekologiyaya həsr olunmasa da, onunla dərin bağlılığı var — diqqətvə qayğı vəziyyəti kimi. Burada incəsənət dünyaya qarşı həssasiştirak forması kimi çıxış edir. Dünyayla təmas mənimlə başqası,yuxu ilə ayıqlıq, var olmaqla yox olmaq arasındakı incə anı görməkvə hiss etmək bacarığı vasitəsilə baş verir,” - deyə VüsaləAğarazıyeva qeyd edib.
Подписывайтесь на наш канал в WhatsApp, и будьте в курсеглавных новостей!