AZ

“Dəriyə düzgün qulluq yaşlanmanı gecikdirir” KOSMETOLOQ

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Müasir dövrün sürətli tempi və artan stress səviyyəsi insanların dəri sağlamlığına da mənfi təsir göstərir. Havadakı çirklənmə, ultrabənövşəyi şüalar və gündəlik stress faktoru dərinin qoruyucu təbəqəsini zəiflədə bilir.

Nəticədə dəri quruyur, qırışlar artır və müxtəlif problemlər meydana çıxır.

Gununsesi.info-ya danışan kosmetoloq Aynurə Rəhimova mövzunu belə şərh edib:

“Stress və ətraf mühitin dəriyə təsirini minimuma endirmək üçün əsas amillərdən biri gündəlik düzgün qulluqdur. Dərinin təmizliyi və nəmləndirilməsi hər gün vacibdir, xüsusilə çirklənmiş şəhər mühitində.

Antioksidant tərkibli serumlar və krem məhsulları sərbəst radikallara qarşı müdafiəni gücləndirir. Həmçinin balanslı qidalanma və kifayət qədər su içmək dərinin daxildən qorunmasına kömək edir”.

Kosmetoloq əlavə edib ki, stressin idarə olunması üçün meditasiya, idman və kifayət qədər yuxu önəmlidir:

“Günəşdən qoruyucu kremlərdən istifadə isə ətraf mühitin zərərli təsirlərini azaldır. Bu qaydalara əməl etməklə dərinin sağlamlığını qorumaq və erkən yaşlanmanı gecikdirmək mümkündür”.

Gülxanım

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
109
icma.az

1Mənbələr