AZ

Bu küçədə avtobus zolağı çəkildi; maşınlar tıxacda qaldı, avtobuslar rahat hərəkət etdi VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtda ictimai nəqliyyatın hərəkətini yaxşılaşdırmaq məqsədilə yeni avtobus zolağı təşkil olunub. Avtosfer.az-ın məlumatına görə, 20 Yanvar dairəsindən (köməkçi yoldan) Ziya Bünyadov prospektinin kəsişməsinə (Respublika Diaqnostika Mərkəzinin qarşısı) qədər olan hissədə xüsusi avtobus zolağı çəkilib.

Qeyd edək ki, keçmiş Nəqliyyat Nazirliyinin binasının qarşısından keçən yolda əvvəldən avtobus zolağı mövcud idi. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni çəkilən hissə ilə həmin zolağı birləşdirərək marşrut avtobuslarının tıxaclara düşmədən, fasiləsiz hərəkətini təmin etməyə çalışıb.

Yeni zolaq sayəsində avtobuslar daha rahat və vaxtında hərəkət edə bilir. Bu dəyişiklik ictimai nəqliyyat istifadəçiləri tərəfindən müsbət qarşılanıb.

Lakin ərazidə yaşayan və yoldan mütəmadi istifadə edən sürücülər bildirirlər ki, yeni zolağın istifadəyə verilməsindən sonra sıxlıq artıb və ümumi axın ləngiyib. Onların sözlərinə görə, xüsusilə günün pik saatlarında ərazidə uzun tıxaclar yaranır.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
avtosfer.az

1Mənbələr