AZ

AMEA-nın dağılmış institutları yenidən birləşdiriləcək...


Yubileydən sonra AMEA Ramiz Mehdiyevin üzündən yaşadığı parçalanmadan qurtulacaq...

Bu ilin noyabr ayında AMEA- nın yaradılmasının 80 illiyi tamam olur və yubiley tədbirlərinin keçirilməsi üçün Prezident İlham Əliyev aylar öncə sərəncam imzalayıb. Akademiyadakı mənbələr bildirir ki, son 5 illik dövr, yəni 2019-cu ildə Ramiz Mehdiyevin prezident təyin olunmasından sonra Akademiya tarixdə görmədiyi çətinlikləri yaşayıb.

Hətta deyilənə görə, Akademiyanın param- parça edilməsi və bir sıra institutların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi də məhz Ramiz Mehdiyevin ucbatından atılmış məcburi addımlar olub. “Əgər Mehdiyev zamanında könüllü çıxıb getsəydi, Akademiya parçalanmaya məruz qalmazdı və lazımı səviyyədə dövlət qayğısı ilə əhatə olunardı" deyə mənbə bildirir. Məlumatlara görə, indi bütün Akademiya yubiley tədbirinin necə keçiriləcəyini, Akademiyaya necə münasibət bəsləniləcıyini intizarla gözləyir. Alim çevrələrində danışılır ki, dəqiq, tətbiqi və təbiət elmlərinin AMEA-dan alınaraq nazirliyə verilməsindən sonra Akademiyada "elmlik " deyilən bir şey qalmayıb və bu, heç də Akademiya əməkdaşlarının qüsuru deyil.

Alimlər ümid edirlər ki, Akademiyanın yubiley tədbirlərindən və rəhbərliyin seçimlərindən sonra ayrılmış institutların yenidən AMEA tərkibinə qaytarılması müzakirə olunur.

Alimlər çox haqlıdırlar ki, AMEA-da humanitar sahə blokundan başqa heç nə qalmır ki, bunlar da özlüyündə “elmi sferanı” tam ehtiva etmir.

Beləliklə, alimlərin qənaətinə görə, Ramiz Mehdiyevin ölkədə qoyub getdiyi ziyanlı siyasi miras tək deyil, onun AMEA sistemində qoyub getdiyi ən ziyanlı miraslardan biri Akademiyanın parçalanmasından ibarət oldu.

“Heyf, Akademiyadan” deyənlərin təəssüfü sona yetəcəkmi?

Namiq QULİYEV

Seçilən
159
baki-xeber.com

1Mənbələr