“Atlétiko Madrid” klubu satışa çıxarılıb. 

Offsideplus.az xəbər verir ki, klubunun əsas pay sahibi Gil Marin paylarını ABŞ-nin “Apollo” investisiya şirkətinə satmağa razılıq verib. Müqavilənin dəyərinin 2 milyard avrodan çox olduğu bildirilir.

İnvestisiya kapital artımı vasitəsilə həyata keçiriləcək. Bu proses nəticəsində Gil Marinin klubdakı payı azalacaq, lakin o və klub prezidenti Enrike Serezo idarəetmədə iştirak etməyə davam edəcəklər.

Məqsəd “Apollo”nun 2026-cı ilin əvvəlində klub üzərində çoxluq nəzarətini əldə etməsidir.