Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turun növbəti qarşılaşması keçirilib.
90deqiqe.Az xəbər verir ki, “Neftçi” və “Murov Az Terminal” komandaları arasında baş tutan görüş paytaxtdakı Fövqəladə Hallar Nazirliyinin idman zalında oynanılıb. Gərgin mübarizə şəraitində keçən matçda “Neftçi” 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, turun əvvəlki oyununda “Xilasedici” komandası “Ordu” üzərində 3:0 hesablı inamlı qələbə əldə edib.