ain.az, Lent az portalına istinadən məlumat verir.
Belarus prezidenti Aleksandr Lukaşenko Vitebsk vilayətindəki iqtisadi vəziyyət barədə hesabatlara görə özünü pis hiss edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bunu dövlət başçısı regionda çıxışı zamanı bildirib.
"Özümü pis hiss etdim! Mən Vitebsk vilayətində ən dəhşətli vəziyyəti, aşağıdan yuxarıya dəhşətli məsuliyyətsizliyi gördüm. (...) Sizinlə yaxşı işləmək istərdim, amma sizinlə yaxşı işləmək mümkün deyil", - Belarus lideri deyib.
Lukaşenko oktyabrın 24-də Vitebsk vilayətinə işgüzar səfərə gəlib. Bölgə rəhbərliyi ilə görüşün mövzularından biri mal-qara ölümləri olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.