Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən əhalinin dərman vasitələrinə əlçatanlığını artırmaq, tibbi sığorta sistemində şəffaflığı və maliyyə dayanıqlığını gücləndirmək məqsədilə dərman təminatını tənzimləyən yeni qaydalar təsdiq edilib.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Yeni mexanizmə əsasən sığortaolunlar ambulator şəraitdə istifadə olunan bir sıra dərman vasitələrini artıq icbari tibbi sığorta hesabına əldə edə biləcəklər.
Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva qeyd edib ki, bu dərmanlar vətəndaşlara tamamilə pulsuz veriləcək:
“Lakin eyni təsir edici maddəyə malik, amma daha yüksək qiymətli dərman seçildikdə, yaranan qiymət fərqi sığorta olunan tərəfindən ödəniləcək.
Əsasən ürək-qan-damar sistemi xəstələri üçün nəzərdə tutulan dərmanlar siyahıya daxil edilir. Həmçinin həzm sistemi və xroniki ağciyər xəstəlikləri üzrə dərmanların da bu siyahıya əlavə olunması gözlənilir. Yekun siyahı hələ də müəyyən edilməyib; ilkin olaraq 600-dən artıq dərmanın daxil ediləcəyi bildirilmişdi”.
Deputat qeyd edib ki, vətəndaşların istifadə etdikləri dərmanların vahid elektron bazası yaradılacaq:
“Bundan sonra reseptlərdə dərmanın brend adı yox, molekul adı göstərilməlidir. Millət vəkili əlavə edib ki, bu həm də bir çox hallarda zərurət olmadığı halda ixtiyari müalicəyə üstünlük verənlərin sayını azaldacaq.
Qeyd olunur ki, pulsuz veriləcək dərmanların siyahısı müəyyənləşdirildikdən sonra hər ilin ilk ayının 15-dək yenilənəcək və icbari tibbi sığorta agentliyinin rəsmi saytında ictimaiyyətə təqdim olunacaq”.
Şəbnəm
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.