AZ

"Real Madrid"in əfsanəvi futbolçusu Kasilyasın evi qarət edildi

İspaniya polisi İspaniya millisinin və "Real Madrid" klubunun qapıçısı olmuş İker Kasilyasın Madriddəki evindən beş dəbdəbəli saat oğurlamaqda şübhəli bilinən evli cütlüyü həbs edib.

Teleqraf xəbər verir ki, cütlük uzun müddət futbol klubunda işləyib: biri xadimə, dugəri isə mühafizəçi olub.

Oğrular hər birinin dəyəri 50 000 avrodan çox olan bir neçə qızıl saatın hissələrini dəyişiblər.

İspaniya millisinin üzvü olan Kasilyas Dünya Kubokunun (2010) və iki dəfə Avropa Çempionatının (2008 və 2012) qalibi olub. "Real Madrid"in heyətində qapıçı 5 dəfə İspaniya liqasının, 2 dəfə Kral Kubokunun və 4 dəfə İspaniya Superkubokunun qalibi olub. Avropa və beynəlxalq klublar səviyyəsində o, üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Super Kubokunun və hər birində bir dəfə Qitələrarası Kubokun və FIFA Klublararası Dünya Kubokunun qalibi olub.

Seçilən
28
teleqraf.com

1Mənbələr