ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi üzrə bütün öhdəliklərini yerinə yetirib.
Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Hazem Qasem deyib.
“HƏMAS birinci mərhələni tamamlamaq üçün bütün şərtləri yerinə yetirib. Girovları azad edib və ölənlərin bəzilərinin cəsədlərini təhvil verib. Hazırda qalan cəsədləri geri almaq və təhvil vermək üzərində işləyirik”, – Qasem bildirib.
Hərəkatın sözçüsü əlavə edib ki, razılaşmanın ikinci mərhələsinin həyata keçirilməsinə başlamaq üçün vasitəçilərlə əlavə danışıqlar zəruri olacaq.
Qeyd edək ki, son 11 gün ərzində İsrail Qəzza zolağından 14 tabut alıb və məhkəmə ekspertləri 13 girovun cəsədini müəyyənləşdirib. İsrailin məlumatına görə, Fələstin radikalları qaçırılan 15 girovun qalıqlarını saxlamağa davam edirlər.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.