AZ

Bu tibb müəssisələri cərimələnə bilər

Bəzi özəl tibb müəssisələri ödənişləri POS-terminal vasitəsilə deyil, nağd və ya kartdan karta köçürmə yolu ilə qəbul edirlər. Bəs bu, nə dərəcədə qanuni və doğrudur? Bu halda həmin hospitallarla bağlı hansı tədbir görülür?Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin mətbuat katibi Şahin Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, əhaliyə göstərilən tibb xidmətləri üzrə ödənişlərin kartdan karta köçürmə əməliyyatları vasitəsi ilə həyata keçirilməsi yol verilməz haldır: "Belə ki, həmin müəssisələr tərəfindən nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir"."POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3 000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir", - deyə Ş.Məmmədov qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
44
metbuat.az

1Mənbələr