AZ

Gəncədə avtobusların istiqamətinin dəyişdirilməsi sərnişinlərə çətinlik yaradıbVİDEO

Gəncəyə yeni avtobuslar gətirildi, marşrut xətləri yenidən müəyyənləşdirildi. Ancaq avtobusların hərəkət istiqamətinin dəyişdirilməsi bəzi narazılıqlara səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, əvvəllər şəhərin ən böyük bazarının yaxınlığından keçən avtobusların yolunun dəyişdirilməsi satıcı və alıcıları çətin vəziyyətdə qoyub.

Marşrut avtobuslarının istiqamətinin dəyişdirilməsi 600-ə yaxın insanın çalışdığı bazarın da işinə mənfi təsir edib.

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Marşrut xətlərində optimallaşdırma aparılıb, müəyyən təkrarlanma halları nəzərə alınıb. Yeni şəbəkə daha optimal, daha əlaqəli və əlçatandır. Qeyd edilən əraziyə 19 nömrəli marşrut son dayanacaq olaraq daxil olur. Digər 9 marşrut xətti isə bazarın yaxınlığından aralıq dayanacaq olaraq keçir. Yeni şəbəkə üzrə bu xətlərin bazar ərazisinə daxil olması məqsədəuyğun hesab edilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
57
1
xezerxeber.az

2Mənbələr