AZ

“ƏDV geri al” gözəllik salonları və kosmetoloji mərkəzlərə də şamil olunacaqVİDEO

"ƏDV geri al" mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərdə göstərilən xidmətlərə şamil olunacaq. Məqsəd dövriyyənin qanuniləşdirilməsi və vergidən yayınma hallarının qarşısının alınmasıdır.

Xezerxeber.az-ın məlumatına görə, bu, "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

İqtisadçı-ekspertlər də bildirirlər ki, müvafiq yanaşma istehlakçıların onlara göstərilən xidmət əsasında qəbz istəmələrini təşviq edəcək. Bu da dövriyyənin qanuniləşməsi istiqamətində lazımi mühit formalaşdıracaq.

Sözügedən sahələrdə bu qaydanın gələn ildən tətbiq olunması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
105
xezerxeber.az

1Mənbələr