Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ ordusu Karib dənizi hövzəsində narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə müdafiə naziri Pit Heqset sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, əməliyyat zamanı gəmidə olan 6 nəfərin hamısı məhv edilib.
Pentaqon rəhbəri ABŞ Prezidenti Donald Trampın göstərişi ilə "Tren de Aragua" təşkilatına məxsus gəmiyə zərbələr endirildiyini vurğulayıb. Onun sözlərinə görə, bu qrup terrorçu təşkilat kimi tanınıb və narkotik alveri ilə məşğuldur.
Heqset əlavə edib ki, Qərb yarımkürəsində narkotik qaçaqmalçılığı ilə məşğul olan bütün qüvvələrə terrorçular kimi davranılacaq. Belə qrupların şəbəkələri, ayrı-ayrı şəxsləri izləniləcək və istənilən vaxt məhv ediləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.