Fransa prezidenti Emmanuel Makron İradəlilər Koalisiyasının üzvləri ilə danışarkən bildirib ki, qrup Ukraynanın enerji davamlılığını dəstəkləməyə və Rusiyaya təzyiq göstərməyə davam etməlidir.
Busaat.az xəbər verir ki, bu barədə “Sky News” məlumat verib.
“Amerika sanksiyaları, şübhəsiz ki, dönüş nöqtəsidir. Sanksiyaların effektivliyi, şübhəsiz ki, Rusiyanın müharibəni maliyyələşdirməsinə təsir etməlidir”, – o deyib.
Makron əlavə edib ki, Koalisiya sanksiyaların ideal tamamlayıcısı olan Rusiyanın kölgə donanması məsələsinin həllində mühüm irəliləyiş əldə edib.
Yeganə