AZ

Narkoman sürücü yük maşınını “KİA”ya çırpdı; dəhşətli qəzada 3 nəfər öldü VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Narkotikin təsiri altında ağır qəza törədən yük maşınının sürücüsü həbs olunub. Avtosfer.az xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatında baş verən hadisənin görüntüləri kameraya düşüb. Belə ki, 21 yaşlı sürücü idarə etdiyi yük maşını ilə hərəkətdə olarkən “KİA” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən daha bir neçə nəqliyyat vasitəsi bir-birinə dəyib. Toqquşmadan sonra yanğın baş verib. Qəza nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 

Yerli polisin məlumatına görə, yük maşınının sürücüsü sükan arxasında narkotik vasitənin təsiri altında olub. Bundan əlavə o, sürət həddini də aşıb.

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
87
avtosfer.az

1Mənbələr