“Kiyevin “Tomoqavk” qanadlı raketləri ilə təmin edilməsi qərarını yalnız Vaşinqton verə bilər. NATO-nun bu məsələdə heç bir səlahiyyəti yoxdur”.
Busaat.az xəbər verir ki, bu fikirləri NATO-nun baş katibi Mark Rutte “istəklilər koalisiyası”nın iclasından sonra deyib.
“Hansı silahların təhvil verilməsi ilə bağlı bu qərarı yalnız NATO-ya üzv ölkələrin özləri verə bilər”, – deyən baş katib NATO-nun buna heç bir təsirinin olmadığını vurğulayıb.
O, belə bir nəticəni mümkün hesab edib-etmədiyi və ya nə vaxt baş verə biləcəyi ilə bağlı suallara cavab verməkdən imtina edib.
Yeganə