AZ

Pentaqon 130 milyon dollarlıq anonim ianə aldı

ABŞ ordusu federal hökumətin qismən bağlanması zamanı işçilərin maaşlarına kömək etmək üçün 130 milyon dollar məbləğində anonim ianə alıb.

Busaat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“23 oktyabr 2025-ci ildə Müdafiə Nazirliyi 130 milyon dollarlıq anonim ianə aldı” deyə müdafiə katibinin ictimai məsələlər üzrə köməkçisi Şon Parnel bildirib.

Parnell ianənin hərbi maaş və müavinətlərin xərclərini ödəmək üçün istifadə ediləcəyi anlayışı ilə edildiyini açıqladı.

“Bloomberg”in hesablamalarına görə, bu məbləğ 1,3 milyon aktiv hərbi qüvvə üçün nəzərdə tutulan xərclərin yalnız kiçik bir hissəsini əhatə edəcək. Ötən ay Pentaqon maaşlara təxminən 9,8 milyard dollar xərcləyib.

Yeganə

Seçilən
156
6
busaat.az

7Mənbələr