AZ

Türkiyə 13 ildən sonra Dəməşqə səfir təyin edib

Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz respublikanın Suriyadakı fövqəladə və səlahiyyətli səfiri olacaq.

Busaat.az xəbər verir ki, onun təyinatı barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat yayıb.

Yılmaz 13 ildən sonra Türkiyənin Suriyadakı ilk səfiri olacaq. 2012-ci ilin martında Türkiyənin Dəməşqdəki səfirliyi bağlandı və yalnız ötən ilin dekabrında Suriyada hökumət dəyişikliyindən sonra yenidən açıldı. Burhan Köroğlu daha sonra Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili təyin edilib.

Yeganə

Seçilən
101
3
busaat.az

7Mənbələr