“Komo”nun yarımmüdafiəçisi Nikolas Pas karyerasını İtaliyanın “İnter” klubunda davam etdirə bilər.
90deqiqe.Az “TyC Sports”a istinadən xəbər verir ki, “neradzurri” 21 yaşlı futbolçunun xidmətində maraqlıdır. Lakin "İnter"in planlarına Madrid “Real”ı mane ola bilər. Pasın müqaviləsində maddə var ki, onun yetirməsi olduğu “Kral klubu” futbolçunu 9 milyon avroya geri ala bilər.
“İnter” artıq argentinalı futbolçunun ətrafı ilə danışıqlara başlayıb və onun üçün 58 milyon avro təklif etməyə hazırdır. Klub rəhbərliyi hesab edir ki, Pas İtaliya klubuna keçidə müsbət yanaşır.
Cari mövsümdə Pas bütün turnirlərdə 8 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun mövcud müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.
 
                        