AZ

Gürcüstan və Rumıniya Qara dəniz sualtı elektrik kabeli layihəsi üzrə əməkdaşlıq memorandumu imzalayıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 24 oktyabr, AZƏRTAC

Gürcüstan və Rumıniyanın enerji tənzimləməsi üzrə komissiyaları Qara dəniz sualtı elektrik kabeli layihəsi üzrə əməkdaşlıq haqqında memorandum imzalayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Enerji və Su Təchizatı Komissiyasının rəhbəri David Narmania məlumat verib.

“Rumıniyalı həmkarımla bu məsələ ilə bağlı görüşüm oldu və biz memorandum imzaladıq. Sənəddə komissiyaların bu layihə çərçivəsində birgə tənzimləmə üzrə əməkdaşlıq məsələləri nəzərdə tutulub”, - deyə Narmania bildirib.

O, kabel çəkilişini gələcəyi olan, kifayət qədər həyati əhəmiyyətli layihə kimi qiymətləndirib. Bildirib ki, texniki-iqtisadi əsaslandırma artıq tamamlanıb və hazırda Qara dəniz şelfinin ətraflı tədqiqatı aparılır.

Qeyd edək ki, təxminən 1200 kilometrlik kabel xəttinin çəkilməsi haqqında saziş 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya liderləri tərəfindən imzalanıb. Kabelin elektrik enerjisi ilə təmin edilməsi və rəqəmsal məlumat mübadiləsinin aparılması gözlənilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
99
3
azertag.az

4Mənbələr