AZ

NATO baş katibi: Rusiyanın pulu və qoşunları tükənmək üzrədir

BAKI, 24 oktyabr. TELEQRAF

Vladimir Putin Ukrayna cəbhəsində ciddi irəliləyiş əldə etmir və onun hiyləgər təcavüzü üzündən yüz minlərlə rus ölür.

Teleqraf "Sky News"a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

"Döyüş meydanındakı hadisələr göstərir ki, bizim Ukraynaya dəstəyimiz effektivdir və biz eyni ruhda davam etməliyik", - o qeyd edib.

Ruttenin fikrincə, Putinin “pulu, qoşunları və ideyaları tükənmək üzrədir” və Rusiya olduğu yerdə dayanmalıdır.

Seçilən
61
2
teleqraf.com

3Mənbələr