AZ

Payız əkin mövsümü çərçivəsində ağacəkmə aksiyası təşkil olunub - FOTO

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Facility Management Group”un əməkdaşları və ekokönüllülərin iştirakı ilə ağacəkmə aksiyası həyata keçirilib.

Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsinə töhfə vermək, ekoloji tarazlığın bərpasına dəstək göstərmək, iqlim dəyişmələrinin təsirlərinin azaldılması istiqamətində ictimai maarifləndirməni gücləndirməkdir.

Qeyd etmək lazımdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən ağacəkmə aksiyaları 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizdə ekoloji təşəbbüslərin təşviqi, ətraf mühitin qorunması sahəsində ictimai fəallığın artırılması və yaşıllaşdırma tədbirlərinin davamlılığının təmin edilməsinə xidmət edir.


#ağacəkmə #treeplanting #ETSN

Seçilən
79
ekologiya.az

1Mənbələr