Bir vaxtlar “Bursaspor”un da formasını geyinmiş qapıçı Skott Karson 40 yaşında karyerasını başa vurduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, təcrübəli qolkiperin karyerası boyunca qazandığı uğurlar arasında diqqətçəkən bir fakt var:
Karson, İstanbulda keçirilən hər iki Çempionlar Liqası finalında qalib gələn komandanın heyətində yer alıb.
Belə ki, o, 2005-ci ildə “Liverpul”, 2023-cü ildə isə “Mançester Siti” klubunun heyətində Çempionlar Liqasını qazanıb.
Maraqlıdır ki, Karson karyerası ərzində Çempionlar Liqasında cəmi 107 dəqiqə oynayıb lakin bu qısa müddətdə iki dəfə kuboku qaldırmağı bacarıb — yəni, hər 53,5 dəqiqəyə bir titul.
Kamil Xudiyev