AZ

Donald Tramp Vladimir Putinin replikasına cavab verdi: altı aydan sönra görəcəyik…

Oktyabrın 23-də ABŞ prezidenti Donald Tramp Ukraynadakı təcavüzə görə Rusiya neft şirkətlərinə qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı şərh verib.

Editor.az xəbər verir ki, Ağ Ev onun açıqlamalarını yayımlayıb.
Bir jurnalist qeyd edib ki, Kreml özünü bu cür məhdudiyyətlərdən azad hesab edir. Bu gün əvvəl prezident Vladimir Putin Ağ Ev sanksiyalarının “ölkənin iqtisadi rifahına əhəmiyyətli dərəcədə təsir etməyəcəyini” deyib. Tramp isə “Mən şadam ki, onlar belə düşünürlər.

Altı aydan sonra görəcəyik. Görəcəyik bütün bunların öhdəsindən necə gələcəklər” şəklində cavab verib.

//Samir Qurbanov, Editor.az

Seçilən
35
editor.az

1Mənbələr