Azərbaycan Basketbol Liqasında 4-cü turun daha bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, B qrupunda "Ordu" "Sumqayıt"ı qəbul edib.
Oyun "hərbçilər"in 116:81 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ötən gün A qrupunun oyununda "Sabah" "Gəncə"ni üstələyib - 87:68. Bu gün B qrupunun digər matçında isə "Lənkəran" "Quba"nı 102:87 hesabı ilə yenib.
Nihat