AZ

Donald Trampın səbri tükənib

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskiyə müharibəyə son qoymaq üçün təzyiq göstərməyə davam edir.

Editor.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Newsmax-da bildirib. Onun sözlərinə görə, Ağ Ev rəhbəri Ukraynadakı müharibəni dayandırmaq üçün yeni yollar axtarır. Uitaker vurğulayıb ki, ABŞ administrasiyası Ukraynanın suverenliyini qorumasına kömək etməyə sadiq qalsa da, Tramp həm Moskvaya, həm də Kiyevə təzyiq göstərməyə hazırdır. Eyni zamanda, o, Trampın Putinin müharibəyə son qoymaqdan imtina etməsinə səbrinin tükəndiyini vurğulayıb. Zelenski dəfələrlə Ukraynanın Rusiya ilə istənilən formatda danışıqlara hazır olduğunu bildirib.

Uitaker qeyd edib ki, ABŞ prezidenti “bütün kartları” əlində saxlayır və o, Kreml liderini sülh müqaviləsi üzrə danışıqlara məcbur edəcək şərait yaratmaq üçün “bu kartları istədiyi kimi oynamaq niyyətindədir”. O, Rusiyanın son 10 ayda döyüş meydanında irəliləyişi minimal, itkilərini isə “heyrətamiz” adlandırıb. Diplomat ABŞ-ın Rusiyanın “Rosneft” və “Lukoil” neft şirkətlərinə qarşı sanksiyalarını Trampın NATO-nun baş katibi Mark Rutte ilə görüşünün “ən vacib nəticəsi” adlandırıb.

O hesab edir ki, Trampın addımı onun müharibəyə son qoymaq əzmini nümayiş etdirir. Səfir həmçinin qeyd edib ki, Aİ eyni zamanda Rusiyaya qarşı 19-cu sanksiyalar raundunu təsdiqləyib. Uitaker hesab edir ki, bu, yaxşı xəbərdir.

//Samir Qurbanov, Editor.az

Seçilən
33
editor.az

1Mənbələr