BAKI, 24 oktyabr. TELEQRAF
“İstəklilər Koalisiyası” bu ilin sonuna kimi Avropada dondurulmuş Rusiya aktivlərinin müsadirəsini sürətləndirmək arzusunu ifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Key Starmer Londonda keçirdiyi mətbuat konfransında bildirib .
Starmerin sözlərinə görə, görüşdə prosesi tez bir zamanda başa çatdırmağın zəruriliyinə ortaq inam nümayiş etdirilib.
Danimarkanın Baş naziri Mette Frederiksen öz növbəsində bəyan edib ki, Ukraynanın gələcək maliyyə sabitliyini təmin etmək üçün Milad bayramına qədər (24 dekabr) qərar qəbul edilməlidir.
O, bəzi həmkarlarının bunu daha çətin iş kimi gördüyünü etiraf edib. Bununla belə, o, alternativlərin olmadığını vurğulayıb.