AZ

Lukaşenko: Hakimiyyəti gənclərə verməliyik

BAKI, 24 oktyabr. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə hakimiyyətin gənclərə ötürülməsinin vacibliyindən danışıb.

Teleqraf "Pul Pervogo" Telegram kanalına istinadən xəbər verir ki, Lukaşenko bildirib:

“Biz asayişi bərpa etməli və hakimiyyətin cilovunu gənclərə təhvil verməliyik".

Lukaşenko oktyabrın 24-də Vitebsk vilayətinə işgüzar səfərə edib və aldığı xəbərlərdən narazı qalıb. O, bölgədəki vəziyyəti biabırçılıq adlandırıb və nəzarətin sərtləşdirilməsi ilə bağlı xəbərdarlıq edib.

Belarus Prezidenti rəsmilərlə görüşdə Vitebsk vilayətində iqtisadi problemlərə görə səhhətinin pisləşdiyini deyib.

Seçilən
114
1
teleqraf.com

2Mənbələr