ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Venesuela sahillərinə nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmi göndərib.
KONKRET.az bildirir ki, ABŞ müdafiə naziri Pit Heqset Gerald Fordun rəhbərlik etdiyi zərbə qrupunu Cənub Komandanlığının məsuliyyət zonasına göndərilməsini əmr edib.
Qüvvələrin yerləşdirilməsi qərarı Karib dənizində ABŞ hərbi fəaliyyətinin artması və Donald Trampın Venesuela lideri Nikolas Maduroya qarşı təhdidləri fonunda qəbul edilib.
Maduro özü Vaşinqtona ingilis dilində müraciət edib:
“Bəli, sülh istəyirik. Xahiş edirəm, artıq dəlicəsinə müharibə olmasın!”
Bu açıqlama Trampın Karakas əleyhinə gizli MKİ əməliyyatlarına icazə verdiyini elan etməsindən sonra gəlib. ABŞ artıq Vaşinqtonun narkotik əleyhinə kampaniya adlandırdığı bir əməliyyat çərçivəsində bölgəyə hərbi gəmilər və gizli təyyarələr göndərib.
Maduro ABŞ-ı Venesuelada rejim dəyişikliyi etməkdə günahlandırır. Ağ Evin planı əvvəllər Trampın müttəfiqi senator Lindsi Qraham tərəfindən açıqlanıb.
Venesuelanın müdafiə naziri Vladimir Padrino istənilən çevriliş cəhdinin uğursuz olacağını vurğulayıb. Padrino Karib dənizindəki ABŞ qüvvələrinə cavab olaraq Venesuela sahillərində hərbi təlimlərə rəhbərlik edir.
Bu arada, ekspertlər xarici və beynəlxalq sularda narkotik qaçaqmalçılığı ilə məşğul olan şübhəli gəmilərə qarşı ölümcül güc tətbiq etməyin qanuniliyini şübhə altına alırlar. Çünki şübhəlilər nə saxlanılıb, nə də dindirilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        