AZ

Tramp və Kim Çen In gələn həftə görüşə bilər

Cənubi Koreya naziri danışıqlar üçün “əhəmiyyətli ehtimal” olduğunu bildirib...

BŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında növbəti görüşün gələn həftə baş tuta biləcəyi ehtimal olunur.

Poliqon xəbər verir ki, bu barədə Cənubi Koreyanın birləşmə naziri Çon Donyon məlumat verib.

Nazirin sözlərinə görə, Trampın Seula səfərindən sonra iki liderin sammit keçirməsi üçün “əhəmiyyətli bir imkan” mövcuddur. O bildirib ki, Pxenyan “ABŞ-a diqqət yetirir” və bir sıra əlamətlər bu görüşün baş tutma ehtimalını gücləndirir.

Ekspertlər qeyd edirlər ki, belə bir sammit ABŞ-Şimali Koreya münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər. Tramp administrasiyası Koreya yarımadasında nüvəsizləşdirmə danışıqlarını yenidən gündəmə gətirmək istəyir.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr