AZ

Almaniya Kansleri Türkiyəyə rəsmi səfər edəcək

Berlin, 24 oktyabr, AZƏRTAC

Almaniya Kansleri Fridrix Merts oktyabrın 30-da Türkiyəyə rəsmi səfər edəcək.

AZƏRTAC Almaniya Kanslerinin saytına istinadla xəbər verir ki, səfər çərçivəsində Ankarada Fridrix Merts və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olacaq. Görüşdə ikitərəfli əlaqələr və xarici siyasət məsələləri, eləcə də iqtisadiyyat, miqrasiya və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlığa dair müzakirələr aparılacaq.

Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
182
7
azertag.az

10Mənbələr