AZ

Ay səthindəki parıltıların sirri nədir?

Ay səthində müşahidə olunan parıltılar əsrlərdir alimlərin diqqətini çəkir. Bu hadisələr elm dünyasında “Müvəqqəti Ay Fenomeni” (TLP) adlandırılır və müxtəlif müddət və formada ortaya çıxır. Bəzən ani bir işıq parıltısı, bəzən də saatlarla davam edən işıqlanma şəklində görünə bilir.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər bu hadisələrin səbəbləri barədə müxtəlif izahlar irəli sürür. Bir neçə saniyəlik qısa parıltıların çox vaxt meteorit çarpması ilə bağlı olduğu bildirilir. Çarpma zamanı ortaya çıxan istilik Ay səthindəki qayaları qızdırır və onlar soyuyana qədər işıq saçır. Uzunluğu dəqiqələrlə ölçülən işıqlanmaların isə Ayın dərinliklərindəki radon qazının yeraltından çıxması ilə əlaqəli ola biləcəyi deyilir. Daha nadir hallarda müşahidə olunan, saatlarla davam edən parıltıların isə Günəşdən gələn yüklü zərrəciklərin Ay tozunu ionlaşdıraraq böyük toz buludları yaratması ilə bağlı ola biləcəyi ehtimal olunur.

Bəzi alimlər uzunmüddətli TLP hadisələrinin bəzən sadəcə Ay diski üzərindən keçən peyklərin yaratdığı optik təsir ola biləcəyini də istisna etmir. Lakin buna baxmayaraq, Ayda qeyri-adi bir işıq müşahidə edildikdə alimlər diqqətli yanaşmağı tövsiyə edirlər. Çünki bu ya sadə bir işıq yanılsaması, ya da yüzillərdir müzakirə olunan sirli bir fenomen ola bilər.

Seçilən
69
1
metbuat.az

2Mənbələr