AZ

Xalq artisti Şahnaz Haşımova əməliyyat olunacaq

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Xalq artisti Şahnaz Haşımova sabah əməliyyat olunacaq".

Bu məlumatı Oxu.Az-a açıqlamasında onun nəvəsi Eldar Abdullayev deyib.

O qeyd edib ki, əməliyyat Gəncə Beynəlxalq Xəstəxanasında baş tutacaq: "Nənəm hazırda evdədir, xəstəxanada deyil. Xəstəxanaya yerləşdirilməsi ilə bağlı yazılanlar doğru deyil. Müəyyən müayinələr aparılıb. Səhhətində yaranan problemlə əlaqədar sabah əməliyyat olunmasına qərar verilib", - deyə E.Abdullayev bildirib.

E.Abdullayev Şahnaz Haşımovanın nə ilə əlaqədar əməliyyat olunacağını açıqlamayıb.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
oxu.az

2Mənbələr