BAKI, 24 oktyabr. TELEQRAF
Ermənistanın hərbi büdcəsi 2025-ci ildə isə 1,741 milyard dollar olacaq.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Suren Papikyan oktyabrın bildirib.
O, 2018-ci ildən bəri müdafiə xərclərinin 1,1 milyard dollar artdığını deyib.
2018-ci ildə Ermənistanın hərbi büdcəsi 640 milyon dollar olub.
Qeyd edək ki, Azərbaycanın 2026-cı ildə müdafiə xərcləri təxminən 5,12 milyard dollar olacaq.