Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən 5 il ötür.
Editor.az xatırladır ki, 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır – bir neçə ərazimiz işğaldan azad edilir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün “X” səhifəsində xalqımızın torpaq itkisi kədərini azadlıq sevinci ilə əvəzləyən xəbəri verir. Ölkə başçısı rəşadətli Ordumuzun Zəngilanın dörd, Cəbrayılın beş, Qubadlının yeddi kəndi və Qubadlı şəhərini işğalçılardan azad etdiyini bildirir.

Qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən 25 oktyabr – Qubadlı şəhər günü kimi qeyd olunur.