AZ

Marketdən alınan “Snickers”lə bağlı qalmaqallı video – AQTA-dan rəsmi açıqlama

Sosial şəbəkələrdə marketdən alınan “Snickers” markalı şokoladın içərisindən qurd çıxması ilə bağlı yayılan görüntülər ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə ilə əlaqədar həmin məhsulların Azərbaycandakı rəsmi distribütoru “Veysəloğlu” MMC-nin açıqlaması belə olub:

“Göndərilmiş videoya baxış keçirilib və məsələ araşdırılması üçün müvafiq komandaya yönləndirilib. Araşdırmanın nəticəsində hadisənin məhsulun saxlanma şəraitindən və ya digər amillərdən qaynaqlanıb-qaynaqlanmadığı müəyyən ediləcək”.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də yayılan görüntülərlə bağlı açıqlama verib. Qurumdan bildirilib ki, məsələ nəzarətə götürülüb:

“Sosial mediada yayılan görüntülər AQTA tərəfindən araşdırılır və nəticələrə uyğun olaraq qanunvericiliyə əsasən müvafiq tədbirlər görüləcək”.

 

Seçilən
122
50
nocomment.az

10Mənbələr