AZ

İtaliya A Seriyası: Milan autsayderlə bacarmadı

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İtaliya A Seriyasında 8-ci tura start verilib.

Oxu.Az xəbər verir ki, turun açılış matçında "Milan" "Piza"nı qəbul edib.

Gözləntilərin əksinə olaraq, "rossoneri"lər autsayderin öhdəsindən gələ bilməyiblər.

7-ci dəqiqədə meydan sahibləri Leonun qolu ilə hesabı açsalar da, qonaqlar 60-cı dəqiqədə Kuadradonun dəqiq penalti zərbəsi ilə cavab veriblər. 86-cı dəqiqədə Nzola "Piza"nı hesabda irəli çıxarsa da, 90+4-cü dəqiqədə Atekame sensasiyaya imkan verməyib - 2:2.

Xal itkisinə baxmayaraq "Milan" çempionatın lideri olaraq qalır. Komandanın aktivində 17 xal var. Onun rəqibi isə 4 xalla 18-ci pillədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
112
oxu.az

1Mənbələr