AZ

İtaliya A Seriyası: "Milan" "Piza" ilə 2:2 bərabərə qaldı

Bakı. Trend:

İtaliya A Seriyasında 8-ci tura start verilib.

Trend xəbər verirki, turun açılış matçında "Milan" evdə "Piza"nı qəbul edib.

Gözləntilərin əksinə olaraq, "rossoneri"lər autsayder üzərindəqələbə qazana bilməyiblər. 7-ci dəqiqədə Leonun qolu ilə meydansahibləri hesabı açsa da, qonaqlar 60-cı dəqiqədə Kuadradonunpenalti zərbəsi ilə cavab verib. 86-cı dəqiqədə Nzola "Piza"nıhesabda irəli çıxarsa da, 90+4-cü dəqiqədə Atekame sensasiyayaimkan verməyib və görüş 2:2 hesabı ilə başa çatıb.

Xal itkisinə baxmayaraq, "Milan" çempionatın lideri olaraq qalırvə aktivində 17 xal var. "Piza" isə 4 xalla 18-ci pillədəqərarlaşıb.

Seçilən
104
az.trend.az

1Mənbələr