AZ

Kolumbiya prezidenti ABŞ-nin ona qarşı tətbiq etdiyi sanksiyaları şərh etdi

BAKI, 25 oktyabr. TELEQRAF

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ hökumətinin ona və ailə üzvlərinə qarşı tətbiq etdiyi sanksiyaları “paradoks” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı “X” sosial şəbəkəsində yazıb.

“Onilliklər boyu narkoticarətə qarşı effektiv mübarizəmizə baxmayaraq, biz kokaindən istifadənin qarşısını almaqda kömək etdiyimiz bir ölkənin hökumətindən belə bir münasibət gördük. Bu, tam paradoksdur. Amma biz nə geri çəkiləcəyik, nə də diz çökəcəyik”, - Petro bildirib.

Prezident əlavə edib ki, ABŞ-dəki hüquqi məsələlərini və maraqlarını vəkil Daniel Kovalik təmsil edəcək.

Qeyd edək ki, oktyabrın 24-də ABŞ Maliyyə Nazirliyi Qustavo Petroya qarşı sanksiya tətbiq etmək qərarına gəlib.

Seçilən
62
2
teleqraf.com

3Mənbələr