AZ

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Stokholm, 25 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Vesteros şəhərində keçirilən “Mötədillər” Partiyasının qurultayında İsveçin maliyyə naziri Elizabet Svantesson ölkədə əməyə tətbiq edilən vergilərin hələ də çox yüksək olduğunu və onların azaldılmasının zəruriliyini bildirib. Onun sözlərinə görə, hökumət gəlir vergisi sistemini sadələşdirməyi, eləcə də əmək, təhsil və sahibkarlığı daha cəlbedici etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, təqdim edilən iqtisadi proqram əmək vergilərinin hesablanması üçün yeni prinsiplərin tətbiqini, mövcud sistemin dəyişdirilməsini və dövlət gəlir vergisi ödəyən vətəndaşların sayının azaldılmasını nəzərdə tutur. Maliyyə bazarları naziri Niklas Vikman bu islahatı 1990-cı illərdən bəri ən iri vergi islahatı adlandıraraq, onun vergi sistemini daha sadə və ədalətli edəcəyini vurğulayıb.

Hökumət artıq on milyardlarla kron həcmində vergi endirimi həyata keçirib, lakin E. Svantessonun sözlərinə görə, bu kifayət deyil.

“Yuxarı vergi dərəcələri hələ də 50 faizi keçir və bu ədalətsizdir”, – deyə E. Svantesson qeyd edib.

Nazir, həmçinin vurğulayıb ki, dövlət ehtiyacdan artıq vergi toplamamalıdır və İsveç iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq üçün korporativ verginin əlavə endirilməsinə çalışdığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
2
azertag.az

3Mənbələr