Bakı. Trend:
İspaniya La Liqasının 10-cu turunda “Real Sosyedad” və “Sevilya”komandaları üz-üzə gəliblər.
Trend xəbər verirki, qarşılaşma San-Sebastyandakı “Real Arena” stadionunda keçirilibvə ev sahibi komanda 2:1 hesabı ilə qalib gəlib.
Matçın 19-cu dəqiqəsində “Real Sosyedad”ın hücumçusu MikelOyarsabal penaltidən hesabı açıb. 30-cu dəqiqədə “Sevilya”nınmüdafiəçisi Nemanya Qudel bərabərlik qolunu vurub. Lakin 36-cıdəqiqədə Oyarsabal yenidən fərqlənərək komandasına qələbəqazandırıb.
Bu nəticədən sonra Serxio Fransiskonun rəhbərlik etdiyi“Sevilya” 10 turdan sonra 9 xalla turnir cədvəlində 14-cü pillədəqərarlaşıb. “Real Sosyedad” isə 13 xal toplayaraq 9-cu yerdəmöhkəmlənib.
 
                        